"Avroviziya-2010” mahnı müsabiqəsində ölkəmizi təmsil edən müğənni Səfurə Əlizadə paylaşımı ilə diqqət çəkib.
Türkiyənin İstanbul şəhərində yaşayan S.Əlizadə həyat yoldaşı, iş adamı Fərhad Əliyevlə yeni fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Səfurə paylaşımın şərh bölməsinə ürək işarəsi qoyub.
Qeyd edək ki, ifaçı Fərhadla 2013-cü ildə Bodrumda ailə həyatı qurub, hazırda cütlüyün üç övladı var. Fərhad Əliyev keçmiş energetika naziri, mərhum Natiq Əliyevin oğludur.