Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi.
Bu gün haqqında söz açacağımız şəxs məhz 44 günlük Vətən müharibəsinin ehtiyatda olan zabit və qəhrəman iştirakçılarından biridir.
Söhbət 15 saylı Qəbələ Regional Meşə Mərkəzinin direktoru Əkrəm Babayevdən gedir. Əkrəm Babayev öz işinin peşəkarıdır. Əl tutub, kömək etdiyi insanların sayı hesabı yoxdur. Ona tapşırılan hər bir işin öhtəsindən layiqincə gəlir. Vəzifəsini vicdanla icra edir, sui istifadə etmir.
Yuxarıda qeyd etdiyimiz kimi Əkrəm müəllim həmdə 44 günlük Vətən müharibəsinin iştirakçısı və ehtiyatda olan zabitidir.
28.12.2020- ci il tarixində döyüş bölgəsinə yollanmışdır. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda layiqincə döyüşmüşdür. 28.12.2022-ci ildə isə təxris olunmuşdur.
Çox sagolsun Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev ki, bu cür savadlı, işinə ciddi məsuliyyət və sevgi ilə yanaşan kadrlara üstünlük verir.
İşinə qarşı olan sevgisi və insanlara göstərdiyi qayğıkeşliyi ilə seçilən insandır. İş kollektivinin dərin hörmət və rəğbətini qazanmışdır. Vəzifəsini, üzərinə düşən öhtəlikləri şərəflə yerini yetirir.
Baş direktorumuz Seymur müəllim başda olmaqla, redaksiyamız adından, Əkrəm müəllimə gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edir, uzun ömür can sağlığı diləyirik. 44 günlük Vətən müharibəsindəki əvəzsiz xidməti üçün ona təşəkkür edirik! Həmçinin "Zəfər Bayramımız" münasibəti ilə təbrik edirik!