Sizin Reklam Burada!
Son Xəbərlər

Ukraynada yeraltı məktəblər tikilir




Ukraynanın Xarkov vilayətinin Korotiç kəndində yeraltı məktəb sığınacağı tikilir.

Publika.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov özünün "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, bu, əslində uşaqların təhlükəsiz şəraitdə qalaraq oxuya biləcəyi yeraltı məktəbdir. Otaqda tələbələr və müəllimlər də daxil olmaqla 500-ə qədər adam yerləşə bilər. Belə bir məktəbin tikintisi üçün təxminən 99,1 milyon qrivna (2,7 milyon dollar) lazımdır.

Sinegubov bildirib ki, yeraltı sığınacaq bir neçə otaq, sanitar qovşaq, üç çıxış, eləcə də avtonom elektrik mənbəyi ilə təchiz olunacaq. Belə bir məktəb "S-300" raketi və digər döyüş sursatlarının birbaşa zərbəsinə tab gətirə biləcək.

Xarkov meri İqor Terekhov isə bildirib ki, bu layihə təhlükəsizlik vəziyyəti ilə əlaqədar yaranıb.

"Belə bir sığınacaq minlərlə xarkovlu uşağa hətta raket təhdidləri zamanı təhlükəsiz şəxsi təhsilini davam etdirməyə imkan verəcək”, - deyə rəsmi qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da