Sizin Reklam Burada!
Son Xəbərlər

Əli Əsgərov: “Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”




“Ermənistan anlamalıdır ki, onun gələcəyi Fransa və Avropadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”.

“Report” xəbər verir ki, bunu ABŞ-nin Şimali Karolina-Qrinsboro Universitetinin Sülh və Münaqişə Tədqiqatları Kafedrasının həmsədri Əli Əsgərov “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

O bildirib ki, Ermənistana qayıdacaq azərbaycanlıların həyatı asan olmayacaq. Sadəcə, hər şeyin düzəlməsinə vaxt lazımdır.

“Oraya qayıdacaq azərbaycanlıların təhlükəsizliyi təmin edilməlidir. Azərbaycanlılara yazılı sənəd şəklində təhlükəsizliklərinə təminat verilməlidir. İkinci məsələ mülkiyyət hüququdur. Bu məsələ necə tənzimlənəcək? Onların mülkləri geri qaytarılmalıdır. Siyasi iştirakçılıq da vacib məsələlərdəndir. Onlar yalnız kənd təsərrüfatı ilə məşğul olmalı deyillər. Azərbaycanlıların seçmək və seçilmək hüquqları olmalıdır. Bu hüquqlar sənədlərdə öz əksini tapmalıdır. Bundan başqa, ana dilində təhsil məsələsi də önəmlidir. İrəvanda vaxtilə Azərbaycan dilində tədris mərkəzləri olub, ancaq onları ermənilər bağlayıblar. Bu məktəblərin fəaliyyəti bərpa edilməlidir. Həmçinin onların mətbuata sərbəst çıxışları təmin edilməlidir. Senzurasız mətbu orqanlar fəaliyyət göstərməlidir. Ermənistanda məskunlaşacaq azərbaycanlılara qarşı ayrı-seçkilik olmamalıdır. Ermənilər düşünürlər ki, bunlar baş versə, onlar itirəcəklər. Ancaq əksinə, onlar qazanacaqlar. Ermənistan özünün hüquq sistemində islahat aparmalıdır”, - deyə o əlavə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da