Sizin Reklam Burada!
Son Xəbərlər

İki gün əvvəl İstanbulda olan zəlzələ ilə Bakıdakı zəlzələnin nə əlaqəsi? - Naci Görür detalları açıqladı




Xəzər dənizində 68 km dərinlikdə, 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Həmçinin 2 gün öncə İstanbulda da 5,1 bal gücündə zəlzələ olmuşdu. Zəlzələ təxminən 9 kilometr dərinlikdə qeydə alınmışdı.

Hadisə ilə bağlı türkiyəli alim, seysmoloq Prof.Dr. Naci Görür Publika.az-a açıqlama verib.

O qeyd edib ki, 2 gün öncə İstanbulda olan zəlzələnin Bakıdakı zəlzələ ilə əlaqəsi yoxdur:

“Bu zəlzələlərin bir-biri ilə əlaqəsi yoxdur. Həm məsafə var, həm də fərqli fay qatlarıdır. Ümumiyyətlə bu zəlzələlərin bağlılığından söhbət gedə bilməz. Bakı üçün deyə bilmərəm, amma İstanbulda yenidən zəlzələ olacağı gözlənilir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da