Sizin Reklam Burada!
Son Xəbərlər

Azərbaycanda bu evlər dövlət tərəfindən təmir olunacaq



Azərbaycanın bir sıra ərazilərində salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzillər təmir olunacaq.

Publika.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar sifarişçi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir.

Belə ki, təmir işləri Bakı şəhəri, Abşeron, Saatlı, Füzuli, Biləsuvar, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzilləri əhatə edəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da