Sizin Reklam Burada!
Son Xəbərlər

Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...



İran əvvəlki kimi yenə də Ermənistanın tərəfindədir. Qərblə İranın erməni tərəfdə görüşdüyü qəribə mənzərə yaranır.

Publika.az bu barədə “Haber Global”ın Cənubi Qafqaza həsr olunmuş təhlil yazısında bildirilir.

Azərbaycan Ermənistan problemini təkbaşına həll edə biləcək gücdədir. Amma ondan dərhal sonra İran da peyda olur. İranın belə gərginlikdə iştirak etmək üçün hər cür motivasiyası var. Fotoya bu prizmadan baxdıqda, görürük ki, Azərbaycanla İran arasında mümkün münaqişəyə tez bir zamanda yol açmağa çalışırlar.

Ermənistan bu tənlikdə piyadadan başqa bir şey ola bilməz. Türkiyə bu riski oxuyur. Qərb bu prosesi, yəni Azərbaycan-İran gərginliyini 2020-ci ildən sonra israrla qidalandırır. İran istər-istəməz bunu etməyə hazırdır. Onların kodundakı türk allergiyası artıq onları mümkün münaqişə mühitinə daxil olmağa sövq edir. Başqa sözlə, Cənubi Qafqazda güclü Azərbaycanın olması İranın aqressiv olması üçün kifayət qədər əsasdır. Amma belə olmamalıdır.

Azərbaycanla İran arasında münaqişə yaratmaq asandır. Ən çətini sülhü qorumaqdır. Türkiyə bunu etməyə çalışır. Əgər İran hücuma keçəcəyini deyirsə və bunu tez-tez qeyri-rəsmi mənbələr vasitəsilə bəyan edirlərsə, vəziyyət başqadır. Türklər döyüşdən qaçmır, sadəcə səbəbsiz yerə döyüşmək istəmir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da