Sizin Reklam Burada!
Son Xəbərlər

"Əlaqələrimizin “Şuşa Bəyannaməsi” prinsipləri əsasında daha da inkişafına çalışacağıq"






Yeni dövrdə Türkiyə- Azərbaycan əlaqələrini “Şuşa Bəyannaməsi” prinsipləri əsasında daha da inkişaf etdirmək və gücləndirmək üçün bütün gücümüzlə çalışacağıq.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X”də yazıb.

O, növbədənkənar prezident seçkilərində qalib gəlməsi münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik edib: “Qardaş Azərbaycan xalqının seçimi və iradəsi ilə beşinci dəfə Prezident seçilən, qalib xalqın qalib lideri cənab ilham Əliyevi ürəkdən təbrik edir, nəticələrin qardaş Azərbaycana xeyirli olmasını arzu edirəm”.

“Dün, bu gün və sabah daim birlikdə, yan-yana, çiyin-çiyinə, əl- ələ olacağıq”, - diplomat qeyd edib.

Qeyd edək ki, dünən Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da