Sizin Reklam Burada!
Son Xəbərlər

Qax rayonunda ağaclar qanunsuz şəkildə kütləvi surətdə məhv edilir. Şəki Regional Meşə İdarəsinin rəisi Füzuli müəllim niyə işinə laqeyd yanaşır?

Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Qax rayonunda Yusif adlı şəxs qanunsuz şəkildə kütləvi surətdə ağacları məhv edir. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü bir başa həmin ünvana baş çəkmişdir. Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Yusif adlı şəxs dövlətin sərvətlərinə qənim kəsilib. 

Daha aydın desək, sözügedən ərazidə ağacları kəsdirir, bir sözlə ekologiyaya ciddi zərər vurur. Ekologiyanın qorxulu kabusuna çevrilib. Həmin ərazidə yerləşən ağacları talayırlar. 

Hələ bu azmış kimi meşənin içərisində ağaclara qənim kəsilib, kömür hazırlayıb satan İdris adlı şəxsdə qanunsuz əməlləri ilə redaksiyamıza şikayət olunub.

Bu şəxs dövlətin sərvətini öz şəxsi əmlakları kimi istifadə eləyib, dövlətə ziyan vurur. Ekologiyanın qorunmasına görə hər zaman islahatlar keçirən bir ölkənin ekologiyası bu vəziyyətdə olmamalıdır.

Maraqlıdır aidiyyatı qurumlar həmçinin cənab nazir Muxtar Babayevin məgər bundan xəbəri yoxdur? Qax rayon İcra Hakimiyyəti başçısı Elçin müəllim niyə bu boyda qanunsuzluğa göz yumur. Şəki Regional Meşə İdarəsinin rəisi Füzuli müəllim niyə öz işinə laqeyd yanaşır. Niyə öz işlərinə məsuliyyətli yanaşmırlar. Bu il yaşıl dünya naminə həmrəylik ili elan olunub. Amma bu cür qanunsuzluqlar arta arta davam edir. Deyəsən Füzuli müəllimin bundan xəbəri yoxdur.

Xahiş edirik ki, bu məsələ barəsində ciddi şəkildə ölçü götürülsün. Ümumiyyətlə bütün güc  strukturlarından xahiş edirik ki,Yusif və İdris adlı şəxslərin gördüyü işlər barəsində araşdırılma aparılsın və barəsində lazımi tədbir görülsün. Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da