Sizin Reklam Burada!
Son Xəbərlər

Təhsil Şöbəsinin Azad Həmkarlar İttifaqının Füzuli rayon Komitəsinin sədri Əli Sadıqov öz işinə qarşı məsuliyyətsiz yanaşır

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Təhsil Şöbəsinin Azad Həmkarlar İttifaqının Füzuli rayon Komitəsinin sədri Əli Sadıqov öz işinə qarşı məsuliyyətsiz yanaşır. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş.
Daha aydın desək Əli müəllim öz vəzifəsindən sui istifadə edir. İşinə laqeyd yanaşır, üzərinə düşən öhdəlikləri icra edə bilmir. Bütün işi onun əvəzinə başqaları icra edir. Əli müəllin özü isə ümumiyyətlə işdə tapılmır. Çox maraqlıdır Əli müəllimə kim səlahiyyət verib ki, özbaşına bu boyda qanunsuzluq edir. Özü işə gəlmir, işin icraatını kiməsə tapşırır.
Komitənin sədri Səttar Mehbalıyevin bəs xəbəri yoxdur bunlardan? Niyə bu boyda qanunsuzluğa göz yumurlar.
Redaksiyamız özü bir başa sözügedən ünvana yollanmış, lakin həmişə kimi Əli müəllim öz işinin başında olmamışdır.
Kimdən qorxmadan çəkinmədən bu addımı ata bilirsə demək ki, komitənin xəbəri var bu baş verən qanunsuz əməllərdən. Xəbərləri var ki, bu gün bunu görməzdən gəlirlər.
Bu cür insanlar sayəsində ölkəmiz günü-gündən uçuruma gedir. Çünki bu insanlar bir vəzifəyə yiyələnən kimi ölkəmizin çiçəklənməsi yolunda addım atmaq əvəzinə, yalnız rüşvət və korrupsiya barəsində fikirləşirlər. Əli müəllim kimilər üzərinə düşən öhdəlikləri icra edə bilmir, amma dövlətdən aldığı maaşı hər ay rahatlıqla yeyir. Adama deyərlər ay Əli müəllim sən bu dövlət üçün nə etmisen ki, hələ utanmadan o pulu yeyə də bilirsən.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatl qurumlara və güc strukturlarına. Əli müəllim başda olmaqla onun kimi öz vəzifəsindən sui istifadə edən şəxslər ciddi araşdırılmalı, barələrində lazimı tədbirlər görülməlidir.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da